8 Aralık 2016 Perşembe

Miri Yusif Xatirə (ithaf) Şarkı Sözleri Sözləri

Miri Yusif Xatirə (ithaf) Şarkı Sözleri

Miri Yusif'in Xatirə (ithaf) adlı şarkısı kendi youtube kanalında yayınlanmıştır.

Söz: Əli Xəyyam, Okaber
Musiqi: Miri Yusif
Aranjiman: Emin Kərimi
Səs uzlaşması: Oleq Naumov

Miri Yusif Xatirə (ithaf) Şarkı Sözleri Sözləri

Bənd - 1

Duysan ürəyimin harayını
Bəlkə qayıdarıq o illərə
Birgə neçə küçələrdə qaçdıq
Neçə sabahları açdıq
Bilsən necə darıxmışam

Tənha qalıb Bakının küləkləri
Hərdən xatirələr boğar məni
Bizdən nə qalacaq ki geriyə?
Unutmaq olmur de niyə?
Sənsiz bu ömrü neynirəm?

Nəqarət

Güllər solar, ətri qalar əllərimizdə
Nəğmə gedər sətri qalar dillərimizdə
Soyuq məzar tək mi qalar?
İnsan ölər, şəkli qalar
Amma şəkilləri olmur qucaqlamaq

Bənd - 2

Səndən geriyə qalmadı heç nə
Təkcə xatirələr, yaşananlar
Ağrı verər sənə bənzəyənlər
Ömrümü hər bəzəyəndən
Səni olmaz əvəzedən

Tanrı sən qucaqla onu bərkdən
Səndən başqası yoxdur ürəkdə
Dostlar ağlayar gizlince yenə
Yerin çox görsənir deyə
Yaxşı insanlar tez gedər..

Nəqarət

Güllər solar, ətri qalar əllərimizdə
Nəğmə gedər sətri qalar dillərimizdə
Soyuq məzar tək mi qalar?
İnsan ölər, şəkli qalar
Amma şəkilləri olmur qucaqlamaq

Miri Yusif Xatirə (ithaf) Dinle


Miri Yusif Xatirə (ithaf) Şarkı Sözleri Sözləri Rating: 4.5 Diposkan Oleh: Unknown

0 yorum :

Yorum Gönder